21 yaşlı oğlan 10-cu mərtəbədən yıxıldı
Hadisə
Bakıda yeniyetmə eyvandan yıxılaraq ölüb.
News24.az xəbər verir ki, hadisə gecə saatlarında Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında (metronun İnşaatçılar stansiyasının yaxınlığı) yerləşən çoxmərtəbəli binada baş verib.
Binadakı 129 saylı mənzildə kirayə yaşayan Şirvan şəhər sakini, 2004-cü il təvəllüdlü Ağa Anar oğlu Əhmədov eyvandan yıxılaraq yerindəcə ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Yaşar Araza