Piyadanı vurub qaçan sürücü TUTULDU
    • 25-11-2019, 17:18
    • 690

Piyadanı vurub qaçan sürücü TUTULDU

Yol-nəqliyyat hadisəsi törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Ə.Zülfüqarovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Qaralar kənd sakini A.Talıbov saxlanılıb.