Qışın soyuğunda dənizə düşdü - FHN xilas etdi
    • 6-12-2019, 23:22
    • 943

Qışın soyuğunda dənizə düşdü - FHN xilas etdi

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dənizdə Səbail rayonu ərazisində dənizə düşən şəxsi xilas ediblər. 


Nazirliyin mətbuat xidmətindən News24.az -a verilən xəbərə görə, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.


Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.