SON DƏQİQƏ: İçərişəhərdə PARTLAYIŞ - 7 NƏFƏR XƏSARƏT ALDI  - FOTOLAR - VİDEO - YENİLƏNDİ 4
    • 7-02-2020, 18:57
    • 1 315

SON DƏQİQƏ: İçərişəhərdə PARTLAYIŞ - 7 NƏFƏR XƏSARƏT ALDI - FOTOLAR - VİDEO - YENİLƏNDİ 4

İçərişəhərdə baş verən partlayışda  xəarət alanların kimliyi bəlli olub.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində ev sahibi 72 yaşlı Vaqif İsmayılov, gəlini Səidə İsmayılova, nəvələri 14 Yaşlı Rəvan və 18 yaşlı Fərid xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Ev sahibinin oğlu Ceyhun İsmayılovun xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib.


***
18:35
News24.az hadisə yerindən çəkilmiş foto və videonu təqdim edir. 


****
18:30 


TƏBİB-dən News24.az-a verilən məlumata görə, hadisədə 1 ailənin 4 üzvü yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə aparılıb. 1 nəfərə isə yerində ambulator yardım göstərilib

***
18:20

İçərişəhərdə yaşayış binasında partlayış olub.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər yanıq xəsarəti ilə təcili yardımla 5 saylı şəhər Xəstəxanasına aparılıb. 1 nəfərə yerində yardım göstərilir.

***
17:49

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

News24.az xəbər verir ki, partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) News24.az-a bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.

Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar".

Teymur Məmmədov 
Foto/VİDEO