34 yaşlı kişi küçədə bıçaqlandı: 17 yaşlı oğlan saxlanıldı

34 yaşlı kişi küçədə bıçaqlandı: 17 yaşlı oğlan saxlanıldı Hadisə

Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Əliyev küçədə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Araşdırmalarla məlum olub ki, Murad Əliyev rayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Əliyev Muradı bıçaqlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb./oxu.az