Şəhidimiz DƏFN OLUNDU - FOTOLAR
    • 22-02-2020, 14:20
    • 1 180

Şəhidimiz DƏFN OLUNDU - FOTOLAR

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb. 

News24.az xəbər verir ki, onun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya başa çatdığı evinə gətirilib.

Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbçinin meyiti neytral ərazidən götürülüb.

Allah rəhmət eləsin!