Bakıda mağazalardan oğurluq edən şəxs SAXLANILDI
    • 28-03-2020, 15:27
    • 772

Bakıda mağazalardan oğurluq edən şəxs SAXLANILDI

Oğurluqda şübhəli bilinən Bakı sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan pul, 40 manat dəyərində danışıq kartları və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.