Gəncədə  yol qəzası BAŞ VERDİ - ÖLƏN VAR
    • 10-05-2020, 16:39
    • 814

Gəncədə yol qəzası BAŞ VERDİ - ÖLƏN VAR

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az -ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəmistan Mirzəyev idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə  hərəkətdə olan zaman yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hazırda piyadanın şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.