Zaqatalada tələbənin öldürülməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ
    • 15-05-2020, 10:23
    • 823

Zaqatalada tələbənin öldürülməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

Mayın 14-də saat 19 radələrində 2002-ci il təvəllüdlü Zaqatala rayonu Mosul kənd sakini İlyas İlyasovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Zaqatala rayon Prokurorluğundan News24.az -a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Əliməmməd Əliməmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Ə.Əliməmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş və səmimi peşman olmasını bildirmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***10.00

Zaqatala rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.
News24.az xəbər verir ki, mayın 14-də, axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında kənd sakini, 16 yaşlı Əli Əliməmmədov həmyerlisi, 18 yaşlı İlyas İlyasovu arasında şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.
Hadisədən sonra Əli Əliməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli sayılan Əli Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İlyas İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir.