Piyada xəsarət ALDI
    • 22-05-2020, 23:57
    • 792

Piyada xəsarət ALDI

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Bella Qililova Yevdakimovna yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ ayağının sınığı diaqnozu qoyulub./Report/