Məcburi köçkün intihar ETDİ
    • 26-05-2020, 19:40
    • 598

Məcburi köçkün intihar ETDİ

Mingəçevirdə intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə avtovağzalın yaxınlığında köhnə tikilidə baş verib.

Yeni köçkün şəhərciyində yaşayan, Ağdam rayonundan olan məcburi köçkün Vüqar Nəbiyevin meyiti asılmış vəziyyətdə aşkar edilib.

Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.