5 yaşlı uşaq sahibsiz itlərin qurbanı oldu - Bu ölkədə

5 yaşlı uşaq sahibsiz itlərin qurbanı oldu - Bu ölkədə Hadisə

Türkiyənin Van bölgəsində 5 yaşlı uşaq sahibsiz itlərin qurbanı olub.

News24.az xəbər verir ki, hadisə dünən günorta saatlarında Vanın Saray rayonunun Kazım Paşa məhəlləsində baş verib.

5 yaşlı Hamza Özsoy və onun 10 yaşlı qohumu oynadıqları vaxt sahibsiz küçə itlərinin hücumuna məruz qalıblar.

Vəziyyəti görən uşaqların yaxınları təcili tibbi yardıma məlumat veriblər.

Hadisə yerinə gələn həkimlər yaralı uşaqları xəstəxanaya aparıblar.

Xəstəxanada aparılan bütün müdaxilələrə baxmayaraq, 5 yaşlı Hamza Özsoy həyatını itirib. /Haber Global/