"6 körpənin vəziyyəti ağırdır" - MÜHÜM AÇIQLAMA

"6 körpənin vəziyyəti ağırdır" - MÜHÜM AÇIQLAMA Hadisə

"Bildirmək istəyirəm ki, yanvarın 9-da saat 05:15 radələrində təcili yardım vasitəsilə yeni doğulmuşlar şöbəmizə 15 yeni doğulmuş daxil olmuşdur. Daxil olarkən 8 yeni doğulmuş reanimasiya şöbəsinə, 7 yeni doğulmuşu isə intensiv nəzarət şöbəsinə yerləşdirmişik".

Bu fikirləri RTV-ə açıqlamasında Klinik Tibbi Mərkəzin yeni doğulmuşlar şöbəsinin uzman pediatr-neonatoloqu Aysel Qədimova deyib.

O qeyd edib ki, hal-hazırda 6 körpəmizin vəziyyəti ağırdır:

"Onlardan 3-ü süni tənəffüs aparatında, 3-ü isə sipak tənəffüs dəstəyindədir. Digər körpələrimizin də müayinə və müalicəsini davam etdiririk".

Fərid Azəri