9 yaşlı qızın nəticəsi atasını qəzəbləndirdi: Faciə yaşandı

9 yaşlı qızın nəticəsi atasını qəzəbləndirdi: Faciə yaşandı Hadisə

Hindistanın Maharaştra ştatında doqquz yaşlı qızına motorlu mişarla hücum edən kişi saxlanılıb.

News24.az xəbər verir ki, hadisə zamanı azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İstintaqın məlumatına görə, qız məktəbdə sinif üzrə ikinci yeri tutub, onun ögey qardaşı isə birinci olub.

Valideynlərinin qəzəbindən qorxan şagird qiymət cədvəlindəki nəticələri dəyişməyə cəhd edib.

Saxtalaşdırmanı aşkar edən ata qəzəblənərək motorlu mişarla qızına hücum edib və ona ağır xəsarətlər yetirib.

Hadisədən sonra ata izləri gizlətməyə çalışıb. O, baş verənlərin bədbəxt hadisə kimi qələmə vermək üçün uşağı parçaya bükərək yandırıb.

Lakin ekspertiza və DNT yoxlaması hadisənin əsl mahiyyətini üzə çıxarıb.

Onunla birlikdə sübutların məhv edilməsinə kömək edən birlikdə yaşadığı qadın da həbs olunub. /NDTV/