Abşeronda yanğın başladı

Abşeronda yanğın başladı Hadisə

Abşeron rayonunda yanğın başlayıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.