Ağcabədidə ağır qəza: ölən var – FOTO
Hadisə
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb. VAZ-2107 və "KamAZ" markalı avtomobillər toqquşub.
Qəza zamanı bir nəfərin həyatını itirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)