Ad günündə faciə - Torta görə 3 nəfər öldürüldü

Ad günündə faciə - Torta görə 3 nəfər öldürüldü Hadisə

Hindistanda ad günü məclisində baş verən mübahisə faciə ilə nəticələnib.

News24.az xəbər verir ki, ad gününü qeyd edən kişi ilə tanışları arasında tortun üzə sürtülməsi səbəbindən mübahisə yaranıb. Hadisə qısa müddətdə gərginləşərək davaya çevrilib, atəş səsləri eşidilib.

Atəşin ilk dəfə kimin tərəfindən açıldığı hələlik müəyyən edilməyib. Üç kişi aldığı güllə yaralarından xəstəxanada həyatını itirib.

Hadisədən sonra əsas şübhəli kimi ad günü sahibi Citu Saini hadisə yerindən qaçıb və hazırda polis tərəfindən axtarılır. /Times of India/