Aeroport yolunda avtomobil aşdı - VİDEO

Aeroport yolunda avtomobil aşdı - VİDEO Hadisə

Bu gün paytaxtın Suraxanı rayonu ərazisində yol qəzası baş verib.

News24.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Zığ-Hava limanı yolunda “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Yolun kənarındakı metal məhəccərləri dağıdan nəqliyyat vasitəsi yaşıllıq ərazisinə düşüb.

Hadisə nəticəsində sürücü xəsarətlər alıb.

Qəza yerindən görüntüləri təqdim edirik: