Ağcabədidə ağır qəza: 1 ölü, 2 yaralı – FOTOLAR
Hadisə
Ağcabədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnib.
News24.az xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olarkən "KamAZ" markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər Aysel adlı qadın və Yalçın adlı şəxs ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili olaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.