Ağcabədidə qəza: Ölən var - Foto
Hadisə
Ağcabədidə baş verən qəza zamanı sürücü ölüb.
News24.az xəbər verir ki, yol nəqliyyat hadisəsi Ağcabədi şəhər Faiq Əlizadə küçəsi ərazisində verib. Laçın rayon sakini 1996-cı il təvəllüdlü Xanlarov Bahadur Hidayət oğlu idarə etdiyi "Mercedes" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı həyətin dəmir darvazasına çırpılıb.
Nəticədə sürücü Bahadur Xanlarov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz