Şagird aparan sürücü qəza törətdi, 1 nəfər ağır yaralandı - Foto
Hadisə
Bu gün səhər saatlarında Avropa Azərbaycan Məktəbinin qarşısında ağır qəza qeydə alınıb.
News24.az xəbər verir ki, qəzaya səbəb sürücünün sükan arxasında qıcolma keçirməsi olub. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb, avtomobillərə ziyan dəyib.
Qəza törədən sürücü Avropa Azərbaycan Məktəbinə şagird aparırmış. (Baku.ws)