Albaniyada ölən 25 yaşlı Əvəzin cənazəsi nə vaxt gətiriləcək? - Foto
Hadisə
Albaniyada faciəli şəkildə ölən azərbaycanlı dənizçi 25 yaşlı Əvəz Cəfərov Biləsuvarda dəfn ediləcək.
News24.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, hadisə ilə bağlı ilkin istintaq aparıldığı üçün onun nəşinin dərhal gətirilməsi mümkün deyil və yaxın bir neçə günə Azərbaycana göndərilməsi planlaşdırılır.
Yayılan məlumata görə, Panama bayrağı altında üzən gəmidə çalışan azərbaycanlı gənc cərəyan vurmasından ölüb.
Yaşar Araz