Şamaxıda qəza: 4 nəfər xəsarət aldı

Şamaxıda qəza: 4 nəfər xəsarət aldı Hadisə

Şamaxıda avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Hadisə nəticəsində 1972-ci Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)