Atasına kömək edərkən həyatını itirən Hikmətin FOTOSU

Atasına kömək edərkən həyatını itirən Hikmətin FOTOSU Hadisə

Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda bədbəxt hadisə nəticəsində gənc həyatını itirib.

News24.az xəbər verir ki, rayonun Zəngişalı kənd sakini, 25 yaşlı Hikmət Sadiq oğlu Mahmudlu müəssisədə məntəqə müdürü vəzifəsində çalışan atası Sadiq Mahmudova texnikanın sınaqdan keçirilməsi zamanı kömək etmək üçün əraziyə gəlib. Bədbəxt hadisə isə məhz texnikanın sınaq prosesi zamanı baş verib. Nəticədə Hikmət Mahmudlu həyatını itirib.

Qeyd edək ki, mərhumun atası Sadiq Mahmudov həmin müəssisədə rəhbər vəzifədə çalışır.

Faktla bağlı araşdırma davam etdirilir.