Azərbaycanda dəhşət: Oğul anasını bıçaqladı

Azərbaycanda dəhşət: Oğul anasını bıçaqladı Hadisə

Bakıda 17 yaşlı oğlan 100 manata görə anasını bıçaqlayıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. 17 yaşlı Fərid Aslanov (soyad şərtidir) yaşadığı evdə bıçaqla anasının kürək nahiyəsinə zərbə endirib. Xəstəxanaya çatdırılan qadının həyatı xilas edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb və Fərid Aslanov saxlanılıb.

Məlum olub ki, o, anasını pula görə bıçaqlayıb. Belə ki, anası Yeni il bayramı münasibətilə oğluna 100 manat verəcəyinə söz verib. Lakin bayramda həmin pulu verməyib. Bundan əsəbiləşən oğlan evdə anası ilə mübahisə edib və qadını bıçaqlayıb.

Məhkəmədə o, törətdiyi əməldən peşman olduğunu deyib. Anası da oğlunu bağışlayıb.

Fəridə sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o azadlıqda qalıb.