“Azərenerji”nin əməkdaşı iş yerində öldü
Hadisə
İmişli rayonunda 67 yaşlı kişi iş yerində qəfil ölüb.
News24.az xəbər verir ki, hadisə dekabrın 29-u səhər saat 8 radələrində İmişli şəhərinin ərazisində yerləşən “Azərenerji”nin binasının həyətində baş verib. Orada işləyən şəhər sakini 1958-ci il təvəllüdlü Mehdi Məhərrəm oğlu Vəliyev infarktdan vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
Yaşar Araz