“Bakcell”in stansiyasında FACİƏ: - Ölən var

“Bakcell”in stansiyasında FACİƏ: - Ölən var Hadisə

Astarada bədbəxt hadisə baş verib. 

News24.az xəbər verir ki, hadisə Astara rayonu, Seləkəran kəndinin ərazisində yerləşən “Bakcell” MMC-yə məxsus stansiyada qeydə alınıb. 

Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov stansiyada işləyərkən elektrik cərəyanı vuraraq ölüb. 

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır. /lent.az