Bakı-Quba yolunda qəza oldu, bir nəfər öldü
Hadisə
Bakı–Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (APA.az)