Bakıda 14 yaşlı qız ana oldu: TƏBİB açıqlama yaydı – Yeniləndi

Bakıda 14 yaşlı qız ana oldu: TƏBİB açıqlama yaydı – Yeniləndi Hadisə

Dekabrın 11-də saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

News24.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.

Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.

Dekabrın 11-də pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2 600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.

Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir.

**

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

News24.azxəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmə bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli faktı saytımıza təsdiqləyib. Bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. (Qafqazinfo.az)