Bakıda ağac avtomobilin üstünə aşdı
Hadisə
Bakıda yağan güclü yağışlar bir sıra fəsadlara səbəb olub.
News24.az xəbər verir ki, yağışdan sonra paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində irigövdəli ağac aşıb. Çoxillik ağacın gövdəsi “Mercedes” markalı avtomobilin üzərinə düşüb.
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.
Yaşar Araz