Bakıda iki avtomobil toqquşaraq qaz borusuna çırpıldı, yanğın başladı
Hadisə
Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.
Belə ki,"Porsche Panamera" və "Suzuki" markalı iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Toqquşma zamanı "Porsche" aşıb. Qəza nəticəsində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Hadisə yerindən görüntüləri təqdim edirik: (Oxu.az)