Bakıda sərnişin avtobusu hasara çırpıldı - VİDEO

Bakıda sərnişin avtobusu hasara çırpıldı - VİDEO Hadisə

Bakıda 197 nömrəli sərnişin avtobusu qəzaya uğrayıb.

Teleqraf-ın xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Hərəkətdə olan avtobus hasara çırpılıb. Nəticədə hasarın bir hissəsi uçub. Nəqliyyat vasitəsi isə əzilib.

Faktla bağlı araşdırma aparılır.