Bakıda siçovullar yasayış binasına girir, maşınlara zərər vurur - Video

Bakıda siçovullar yasayış binasına girir, maşınlara zərər vurur - Video Hadisə

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar darışıb.

News24.az xəbər verir ki, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək yararsız hala salıb.

Burdakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.