Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı

Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı Hadisə

Metronun "28 May" stansiyasının qarşısında qadını skuter vurub. Skuter sürücüsü hadisə yerindən yayınıb.

News24.az xəbər verir ki, qadın hadisə nəticəsində huşunu itirib.

Hazırda hadisə yerindən yayınan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və tapılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür. (Oxu.az)