Bakıda xəstəxanaya müayinəyə aparılan 1 yaşlı uşaq öldü
Hadisə
Bakıda 1 yaşlı uşaq xəstəxanada ölüb.
News24.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Gecə saat 21:00 radələrində Bakı şəhər sakini 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinə üçün xəstəxanaya aparılıb. Lakin körpə az sonra vəfat edib.
Onun pnevmoniyadan öldüyü bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.