Bakının mərkəzində zəncirvari qəza – - 5 avtomobil toqquşdu – VİDEO

Bakının mərkəzində zəncirvari qəza – - 5 avtomobil toqquşdu – VİDEO Hadisə
Bu gün günorta saatlarında Bakının Nəsimi rayonu ərazisində zəncirvarı yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, Abbasqulu Ağa Bakıxanov küçəsində 5 avtomobil bir-birinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Qəzanın baş verdiyi yerdən çəkilmiş görüntüləri təqdim edirik.