Balakəndəki dəhşətli qəzanın görüntüləri

Balakəndəki dəhşətli qəzanın görüntüləri Hadisə

Dünən axşam Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. nəticədə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

News24.az xəbər verir ki, hadisənin görüntüləri yayılıb. Dəhşətli qəzadan görüntüləri təqdim edirik.

Qeyd edək ki, hadisə dünən saat 17 radələrində Talalar kəndi ərazisində olub.

“VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Məhəmməd oğlu Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.