Barmağında üzük qaldı, köməyə xilasedicilər gəldi
Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumat daxil olub.
News24.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrlə üzüyün təhlükəsiz qaydada çıxarılması təmin edilib.