Beyləqanda su kanalında çimən yeniyetmə boğuldu

Beyləqanda su kanalında çimən yeniyetmə boğuldu Hadisə

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında çimərkən boğularaq dünyasını dəyişib.

News24.az xəbər verir ki, bədbəxt hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı Bünyatlı kəndi ərazisindən keçən su kanalında çimərkən qəfildən boğulub.

Ətrafdakı kənd sakinlərinin səyləri nəticəsində yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başlanılıb. (Teleqraf)