Biləsuvarda kişi kanalizasiya quyusunda boğularaq öldü

Biləsuvarda kişi kanalizasiya quyusunda boğularaq öldü Hadisə
Biləsuvarda 65 yaşlı kişi kanalizasiya quyusunda qazdan boğularaq ölüb.

Hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Kanalizasiya quyusuna iş görmək üçün düşən 2 nəfərdən biri, 1957-ci il təvəllüdlü Allahyar Əsgərov qazdan boğularaq ölüb. Qazdan zəhərlənən digər şəxs, 1991-ci il təvəllüdlü Asif Mirzəyev isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa.az/