Cəlilabadda maşın aşdı: xəsarət alan var
Hadisə
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Cəlilabad-Sərhədabad yolunda qeydə alınıb.
Belə ki, qəza zamanı "Mersedes" markalı minik avtomobili yolun kənarına aşıb. Hadisə nəticəsində bir nəfər xəsarət alaraq, xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sol dizin və döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (Unikal)