Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı

Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı Hadisə
Sumqayıtda dənizdən 2 meyit tapılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.

Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.