Dövlət sərhədində TƏHLÜKƏ: - PUA zərərsizləşdirildi
Hadisə
Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilmişdir.
News24.az xəbər verir ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilmişdir.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.