Etirazçılar İrəvanın mərkəzinə - TOPLAŞDILAR
Hadisə
Ermənistanda etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün İrəvanın mərkəzində toplaşıblar.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
1000-dən çox insan polis tərəfindən mühasirəyə alınan hökumət binasının qarşısındakı meydanda toplaşıb. Lakin etirazçılar binaya yaxınlaşmayıb, meydanın mərkəzində qalıblar. Hazırda vəziyyət sabitdir.