"Fəxri Oskar"a Mel Bruks layiq görüldü - VİDEO
Hadisə
Los-Ancelesdə 14-cü “Fəxri Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib. Kinematoqrafiyada görkəmli xidmətlərinə görə mükafatlara aktrisa Anjela Bassett, rejissor Mel Bruks və kinomontajçı Kerol Littlton layiq görülüblər. Mişel Setterə isə Cin Herşolt adına Humanitar mükafat təqdim olunub.
RTV bu barədə “Deadline” nəşrinə istinadla xəbər verir.
Qeyd edək ki, mərasim birbaşa yayım olmadan keçirilib. Əvvəlcə mükafatlandırılma 2023-cü il noyabrın 18-nə planlaşdırılmışdı. Lakin Hollivudda aktyor və ssenaristlərin tətillərindən sonra mərasimin keçirilmə tarixi 2024-cü il yanvarın 9-na dəyişdirilmişdi.
Xatırladaq ki, 1929-cu ildə təsis olunan mükafat kinematoqrafiya sahəsində əhəmiyyətli nailiyyətlərə, eləcə də öz karyerası boyunca kino sənayesinə xidmətlərinə, bu sahəyə verilən töhfəyə görə təqdim olunur.