Füzulidə ağır qəza - 2 ölü, 2 yaralı
Hadisə
Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Böyük Bəhmənli kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobil "VAZ"2107 markalı maşınla toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Vəliyev Əli Canbul oğlu və 2000-ci il təvəllüdlü Talıbov Mirqəşəm İsmayıl oğlu hadisə yerində həyatını itirib.
2 nəfər yaralı- 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev isə xəstəxanaya çatdırılıb.
Qəza zamanı ölənlərin hərbçi olduğu, xəsarət alan R.Namazəliyevin isə ANAMA əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.