Gədəbəydə qəza: bir neçə nəfər yaralandı – FOTO
Hadisə
Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hərəkətdə olan “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. Xəsarət alanların vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)