Gəncədə ağır qəza: Xəsarət alanlar var - Yeniləndi
Hadisə
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Toyota Auqa" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, xəsarət alanların 2004-cü il təvəllüdü T.Huseynov, 2005-ci il təvəllüdlü R.Süleymanov, 2005-ci il təvəllüdlü N.Salmanov və 2001-ci il təvəllüdlü H.Hümbətov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
(APA)