Gəncədə bir ailənin 5 üzvü zəhərləndi - YENİLƏNİB

Gəncədə bir ailənin 5 üzvü zəhərləndi - YENİLƏNİB Hadisə

Gəncədə zəhərlənən ailə üzvləri evə buraxılıblar.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.

***

Gəncədə bir ailənin 5 üzvü zəhərlənib.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakinləri olan 5 nəfər  zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların bazardan alınan xiyardan zəhərləndikləri ehtimal olunur.

Araşdırma aparılır.