“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - YENİLƏNDİ

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - YENİLƏNDİ Hadisə

Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub.

Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib. // Bizim.Media


"Mayın 14-ü saat 14:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, H.Əliyev küçəsindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.